Qohumları Mladiçin öldüyünün elan olunmasını xahiş edəcəklər
"İTAR-TASS" informasiya agentliyinin, vəkil Miloş Şaliçə əsaslanaraq, yaydığı məlumata görə, generalın qohumları Ratko Mladiçin vəfat etməsinin təsdiq olunmasını xahiş etmək niyyətindədirlər. M.Şaliçin dediyinə görə, müvafiq məktub bu həftə məhkəməyə təqdim ediləcəkdir. Vəkil qəbul olunmuş bu qərarı şərh edərkən, demişdir ki, Mladiçin ailəsi generalın əşyalarının bölünməsi və hər gün təzyiqə məruz qalmaları səbəbindən, bu addımı atmağa məcbur olmuşlar. Vəkilin dediyinə görə, Mladiçin qohumları generalın öldüyünə əmindirlər. Serb qanunçuluğuna əsasən, yoxa çıxmış şəxs beş il müddətində aşkar olunmasa və onun yaşı 70-dən artıqdırsa, qohumlar onun vəfat etməsi haqda məhkəməyə müraciət etmək huququ qazanırlar.
General Ratko Mladiç 1991-1995-ci illərdə baş vermiş Balkan müharibələri zamanı Serbiya Respublikasının Bosniya ordusuna komandanlıq etmişdir. 1996-cı ildən etibarən general istintaqdan gizlənməkdədir. Çünki Haaqa Tribunalı onu Bossniya müsəlmanlarını soyqırıma məruz qoymaqda, 8 min nəfərə yaxın Srebrennitsa sakinlərini məhv etməkdə və bəşəriyyət əleyhinə cinayətlərdə ittiham edir. R.Mladiçin gizləndiyi yer məlum olmasa da, belə ehtimal edilir ki, o, Serbiya ərazisindədir.