PDF Oxu

Dünya

  • 13

Nyu-York ÜTM-i yaxınlığında məscid tikiləcək

Nyu-York ÜTM-i yaxınlığında məscid tikiləcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nyu-York şəhərinin ictimai şurası "Grounq Zero" meydanı adlanan və 2001-ci il 11 sentyabr terror aktları nəticəsində dağıdılan Ümumdünya Ticarət Mərkəzinin yaxınlığında məscid tikintisi planını bəyənmişdir. Şura üzvlərindən 29 nəfəri məscidin inşasının lehinə, bir nəfər əleyhinə səs vermiş, on şura üzvü isə bitərəf qalmışdır.
Dağıdılmış ÜTM-in 200 metrliyində məscid tikintisinin təşəbbüskarı ABŞ-da tanınmış islam təşviqatçısı Veyzal Abdul Rauf olmuşdur. Bu şəxs, bir müddət əvvəl, 5 milyard dollar ödəyərək, həmin yerdə torpaq sahəsi almışdır. F.Rauf bu ərazidə məsciddən başqa 13 mərtəbəli İslam Mədəniyyət Mərkəzinin tikintisini də planlaşdırmışdır. "CBN"-ə müsahibəsində imam burada inşa ediləcək məscidin terrorçuluğu qəbul etməməsi rəmzinə çevriləcəyini bildirmişdir. Bu, ÜTM-də törədilmiş terror aktından sonra ötən vaxtın onuncu ildönümünə təsadüf edəcəkdir. Xatırladırıq ki, o zaman üç min nəfərdən çox insan həlak olmuşdur. Məscidin tikintisinə 150 milyon dollar sərf ediləcəkdir.
Nyu-Yorkun ictimai şurasının qərarı ilə razılaşan və razılaşmayan qruplar mövcuddur. Opponentlər belə hesab edirlər ki, məscid tikintisi islam terrorçularının faktik memorialına çevriləcəkdir. Əleyhdarlar iyunun 6-da məscidin inşa ediləcəyi yerdə etiraz aksiyası keçirmək niyyətindədirlər.

Digər xəbərlər