PDF Oxu

Dünya

  • 12

ABŞ xüsusi xidmət dəstəsini gizli surətdə Yəmənə göndərib

ABŞ xüsusi xidmət dəstəsini gizli surətdə Yəmənə göndərib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi mərkəzi ordu komandanlığının başçısı general Devid Petreusun sərəncamı ilə Yaxın Şərq ölkələrində məxfi əməliyyatlar keçirməyi müəyyənləşdirmişdir. Məxfi sərəncamda başlıca məqsəd ABŞ-ın xüsusi xidmət dəstəsinin "Əl-Kaidə" terrorçu qruplaşmasının məskunlaşdığı Yəməndə mövqe tutmasıdır.
Sərəncam 2009-cu ilin sentyabrında imzalansa da, bu haqda məlumat indi yayılmağa başlamışdır. Sənəd Nigeriya sakininin partlatmağa cəhd etdiyi, ancaq baş tutmayan Amsterdam-Detroyt təyyarə reysi xilası zamanı imzalanmışdır. Məlum olmuşdur ki, kamikadze Yəmənin terrorçu düşərgələrində məşq keçmişdir. 2009-cu ilin dekabrında baş vermiş bu hadisədən sonra Yəmənin silahlı qüvvələri ABŞ-la birgə terrorçuluğa qarşı mübarizəni gücləndirmişdir.
D.Petreusun sərəncamı ABŞ-ın xüsusi xidmət dəstəsi əməkdaşlarına bir çox ölkələrin xüsusi xidmət orqanları ilə birgə Yəməndə "Əl-Kaidə" terrorçu qruplaşması əleyhinə mübarizə aparmağa imkan verir. Bu sərəncam xüsusi xidmət dəstəsinə, həm də İranda işləyərək Tehranın nüvə proqramı haqda informasiya toplamağa imkan verir. Bununla da, ABŞ Müdafiə Nazirliyi bir çox Şərq kölkələrində öz səlahiyyət dairəsini genişləndirməli olur. Beləliklə, bu hərbi təşkilat Mərkəzi Kəşfiyyat İdarəsindən asılı olmadığını sığortalamış olur.

Digər xəbərlər