PDF Oxu

Dünya

  • 17

Alman kimyaçısı terrorçulara dəstəkçilikdə ittiham edilib

Alman kimyaçısı terrorçulara dəstəkçilikdə ittiham edilib
"NDR" Almaniya telekompaniyasının məlumatına görə, mayın 25-də Ferden torpaq məhkəməsi kimyəvi məhsullar satan şəxsin məhkəmə prosesinə başlamışdır. Həmin şəxs ekstremist və terrorçu qruplaşmaları partlayıcı maddələr və narkotika ilə təmin etməkdə şübhəli bilinir. İstintaqın məlumatına görə, 39 yaşlı kişi "zauerland özəyi"nə işləyən dörd islamçıya partlayıcı maddə satmışdır. Həmin islamçılar Almaniyada "ikinci 11 sentyabr" törətməyi planlaşdırsalar da, 2007-ci ildə həbs edilmiş və 2010-cu ildə əleyhlərinə cinayət işi qaldırılmışdır. İstintaq sübut edir ki, müttəhim "zauerland terrorçuları"na həddən çox 35 faizli hidrogen turşusu məhlulu ötürmüşdür. Terrorçular bu məhlul vasitəsilə təkərlər üstündə yeriyən güclü partlayıcı qurğu yaratmaq istəyirdilər. Bu məqsədlə onlar avtomobil də əldə etmişdilər. Bu tacirin müştərilərindən biri də "Özbəkistan İslam Hərəkatı" terrorçu qruplaşması olmuşdur. İttiham təsdiq edir ki, müttəhimin kimyəvi reaksiyalardan başı çıxır. Onu 2008-ci ilin iyulunda həbs etmişdilər. Onun müştəriləri Almaniyanın hər tərəfində axtarılırdı. Polis bir çox yerlərdə partlayıcı qurğu və silah tapmışdır.

Digər xəbərlər