PDF Oxu

Dünya

  • 10

Tbilisidə müxalifətçi seçkilərdən əvvəl yumurta atəşinə tutulub

Tbilisidə müxalifətçi seçkilərdən əvvəl yumurta atəşinə tutulub
"Novosti-Qruziya" informasiya agentliyinin yaydığı məlumata görə, Tbilisidə naməlum şəxslər yerli orqanlara keçirilən seçkilərdə iştirak etmək istəyən müxalifətçi Xalq Partiyasının lideri Koba Davitaşvilini yumurta atəşinə tutmuşlar. İnsidentlə əlaqədar müxalifətçi seçki məntəqəsində keçirəcəyi görüşü təxirə salmalı olmuşdur. Agentliyə müsahibə verən K.Davitaşvili insidenti yumorla qarşılamış və yumurta atanlardan qorxmadığını bildirmişdir. Gürcüstanda yerli orqanlara seçkilər mayın 30-da keçiriləcəkdir. K.Davitaşvili yerli özünüidarə orqanı sədri postuna namizədliyini irəli sürəcəkdir. Xatırladırıq ki, Xalq Partiyası lideri "Xalq Şurası" müxalifətçi alyansın iştirakçısı hesab edilir. Onun tərkibinə ölkənin keçmiş baş naziri Zurab Noqaideli də daxildir. K.Davitaşvili yerli seçkilərdə qalib gəlməyi və prezident Mixail Saakaşvilinin istefasını tələb etməyi planlaşdırır.

Digər xəbərlər