PDF Oxu

Dünya

  • 12

Obama ABŞ ordusuna Cənubi Koreyanı müdafiə etməyi əmr edib

Obama ABŞ ordusuna Cənubi Koreyanı müdafiə etməyi əmr edib
"Frans Press" informasiya agentliyinin Ağ Evin mətbuat xidmətinə əsaslanaraq, yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama ölkənin hərbi komandanlığına Cənubi Koreya hökumətinə qarşı Şimali Koreya tərəfdən hər hansı bir təhlükə törənəcəyi təqdirdə, müttəfiqləri olan cənublulara kömək etməyi əmr etmişdir.
Bir müddət əvvəl, B.Obama ABŞ-ın Şimali Koreyaya münasibətdə mövqelərinə baxılacağını bildirmişdir. Vaşinqton bu qərarı Cənubi Koreyanın "Çxonan" gəmi heyətinin ölümünün təhqiqatından sonra qəbul etmişdir. Beynəlxalq komissiya ekspertlərinin məlumatına görə, martın axırlarında gəmi Şimali Koreyanın sualtı qayığı tərəfindən torpedo hücumuna məruz qalmışdır. Qəza nəticəsində gəmidə 46 nəfər həlak olmuşdur.
Artıq Cənubi Koreya hökuməti Pxenyanla ticarət münasibətlərinin dayandırılması haqda qərar qəbul etmiş, Şimali Koreya gəmilərinin Seulun ərazi sularına girməsini qadağan etmişdir. Cənubi Koreya prezidenti Li Men Bak hadisə ilə əlaqədar Şimali Koreyanın cəzalandırılması üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət edəcəyini bildirmişdir. Buna cavab olaraq, Şimali Koreya hökuməti Pxenyana münasibətdə sanksiyaların tətbiq ediləcəyi təqdirdə, "genişmiqyaslı müharibəyə" başlayacağını bəyan etmişdir.

Digər xəbərlər