PDF Oxu

Dünya

  • 9

Litva hərbi qlluqçusu Əfqanıstanda xidmət etməkdən imtina etdiyi üçün həbs edilib

Litva hərbi qlluqçusu Əfqanıstanda xidmət etməkdən imtina etdiyi üçün həbs edilib
"Delfi.Lt." informasiya agentliyinin yaydığı məlumata görə, Litva məhkəməsi müqavilə ilə Əfqanıstanda hərbi xidmətdə olan keçmiş hərbi qulluqçu Svayunas Zaparatskasın həbs olunması ilə bağlı qərar qəbul etmişdir. Bu şəxs Əfqanıstandakı beynəlxalq hərbi missiyası çərçivəsində Litva hərbi kontingentində xidmət etmişdir. 2008-ci ildə S.Zaparatskas və daha iki əsgər xidmət müqaviləsi müddətinin uzadılmasından imtina etmişdir. Onlar bu qərarlarını silahlıların düşərgələrinə hücumları zamanı bir Litva hərbi qulluqçusunun öldürülməsindən sonra qəbul etmişlər. Hər üç hərbi qulluqçu hərbi xidmətdən imtina etmələrinin səbəbi kimi "ailə vəziyyətlərini"" göstərmişlər. Bundan sonra onlar hərbi qulluqdan azad edilmişlər.
Litva məhkəməsi bu qərara gəlmişdir ki, S.Zaparastskas hərbi qulluqdan imtina etməklə cinayətə yol vermişdir. Digər iki hərbi qulluqçunun məsuliyyətə cəlb edilmələri haqda məlumat verilmir.
Litva hərbi qulluqçuları Əfqanıstanın Qor əyalətində 2005-ci ildə xidmət etmişlər. Litvanın Əfqanıstandakı hərbi kontingentinin tərkibində 150 nəfər hərbi qulluqçu xidmət edir.

Digər xəbərlər