PDF Oxu

Dünya

  • 9

Gürcüstanın Müdafiə Nazirliyi İrana Ukrayna raketləri satmaqda ittiham edilir

Gürcüstanın Müdafiə Nazirliyi İrana Ukrayna raketləri satmaqda ittiham edilir
"Novosti-Qruziya" informasiya agentliyinin yaydığı məlumata görə, Tbilisi meri postuna namizəd və Gürcüstan Mühafizəkarlar Partiyasının lideri Zviad Dzidziquri ölkənin Müdafiə Nazirliyini İrana döyüş raketləri satmaqda ittiham etmişdir. Siyasətçi bu yöndəki fikirlərini Tbilisidə çıxan "Rezonans" qəzetinə verdiyi müsahibədə ifadə etmişdir. S.Dziziqurinin dediyinə görə, həmin raketlər bir neçə il əvvəl Ukraynadan alınmışdır. Siyasətçinin dediyinə görə, ona bu əhvalatı ölkənin təhlükəsizlik orqanlarında işləyən əməkdaşlardan biri danışmışdır. Alqı-satqının ABŞ xüsusi xidmət orqanları tərəfindən üzə çıxarıldığı bildirilir. Onun dediyinə görə, hazırda Gürcüstanın Müdafiə Nazirliyində "ciddi təftiş işləri" aparılır. Z.Dzidiziqurinin dediyinə görə, Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili məhz bu səbəbdən tutduğu vəzifədən azad edilmişdir. "Rezonans"ın məlumatına görə, D.Kezeraşvili vəzifədən çıxarıldıqdan sonra yaşamaq üçün İsrailə köçmüşdür. Z.Dzidizquri bu alqı-satqıda 2010-cu il may ayının əvvəllərində Gürcüstana gələn ABŞ Federal Təhqiqat Bürosunun direktoru Robert Müllerin də əli olduğunu bildirmişdir.

Digər xəbərlər