PDF Oxu

Dünya

  • 12

Almaniyada İrana ötürülən nüvə texnologiyasının qarşısı alınıb

Almaniyada İrana ötürülən nüvə texnologiyasının qarşısı alınıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniyada qaçaqmalçılıq yolu ilə İrana nüvə texnologiyası keçirmək cəhdində şübhəli bilinən bir neçə nəfər həbs edilmişdir. Belə ehtimal olunur ki, bu texonologiya alman biznesmenlərinin əli ilə Rusiyadan gətirilmişdir. Həmin texnologiya İranın Buşəhrdəki nüvə reaktoru üçün nəzərdə tutulmuşdur. Adının çəkilməsini istəməyən bir Avropa diplomatının dediyinə görə, biznesmenlər Almaniya aeroportunda gömrük xidmətinin əməkdaşları tərəfindən həbs edilmişlər. Onların miqdarı haqda məlumat verilməsə də, hamısının Almaniya vətəndaşı olduğu bildirilir.
Əldə edilmiş məlumata görə, bu həbslər Rusiya tərəfin kəskin etirazına səbəb olmuşdur. Buna görə də, Moskva BMT-nin Təhlükəsizlik Şurasına şikayət məktubu ilə müraciət etmişdir.
Buşəhrdə yüngül su ilə işləyən nüvə reaktorunun tikintisi 1975-ci ildə başlanmış və iş 1995-ci ilə qədər dayandırılmışdır. Reaktorun işə salınması 2010-cu ilin avqustuna təyin edilmişdir.
2006-cı ildə BMT-nin Təhlükəsizlik Şurası İrana nüvə texnologiyası ötürməyi qadağan etmişdir. Ancaq yüngül su ilə işləyən nüvə reaktoru qadağanedici siyahıya daxil edilməmişdir.

Digər xəbərlər