PDF Oxu

Dünya

  • 9

Pərviz Müşərrəf siyasətə qayıdır

Pərviz Müşərrəf siyasətə qayıdır
"CNN" telekanalının məlumatına görə, Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf Pakistana qayıdaraq, ölkənin siyasi həyatında fəallıq göstərmək istəyir. O, ölkənin prezidenti və baş naziri postuna öz namizədliyini irəli sürmək qərarı qəbul etməsə də, baş nazir postu uğrunda mübarizə aparmağın onu daha çox cəlb etdiyini bəyan etmişdir. P.Müşərrəf hazırda ali hakimiyyətin baş nazirə məxsus olduğunu bildirmiş və parlament çoxluğunun bu şəxsi dəstəklədiyini vurğulamışdır. Keçmiş ölkə prezidenti yaxın vaxtlarda öz planlarını təqdim edəcəyini bildirmişdir. O, növbəti parlament seçkilərində də iştirak edəcəyini qeyd etmişdir. Parlament seçkilərinin 2011-ci ildə keçiriləcəyi ehtimal edilir. P.Müşərrəf BMT-nin Ekspertlər Komissiyasının, baş nazir Benəzir Bhuttonun 2007-ci ildə qətli ilə əlaqədar məsuliyyətin kimin üzərinə düşəcəyi haqda qərarına belə bir münasibət bildirmişdir ki, o, B.Bhuttonu dəfələrlə baş verəcək təhlükələrdən xəbərdar etmişdir. P.Müşərrəf Pakistan prezidenti postunu 2008-ci ilin avqustunda tərk etmişdir. O, dərhal ölkəni tərk edib Böyük Britaniyaya getmişdir.

Digər xəbərlər