PDF Oxu

Dünya

  • 12

Marseldə nəhəng məscid tikiləcək

Marseldə nəhəng məscid tikiləcək
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 20-də Marseldə ən böyük məscid tikiləcəkdir. Bu məscid hətta Fransada olan məscidlərin hamısından böyük olacaqdır. 2012-ci ildə açılacağı gözlənilən məsciddə eyni vaxtda 7 min nəfərədək adam ibadət edə biləcəkdir. Məsciddə ibadət otaqlarından başqa, mədrəsə, kitabxana, restoran və çayxana fəaliyyət göstərəcəkdir. Məscidin minarəsinin hündürlüyü 25 metrə çatacaqdır. Xatırladırıq ki, bu şəhərdə 250 min nəfərə yaxın müsəlman yaşayır. Marsel məscidinin tikintisi haqda qərar 2001-ci ildə şəhər meri Jan-Klod Qoden tərəfindən qəbul edilmişdir. O vaxtdan etibarən, ultrasağ xristian hərəkatı üzvləri məhkəmə iddiaları ilə məscid tikintisini dayandırmağa cəhd etmişlər. 2009-cu ildə məscid tikintisi haqda qərar qüvvədə saxlanılmışdır. Fransada beş-altı milyon nəfərə yaxın müsəlman yaşayır. İqtidarda olan sağ mərkəzçilərin başçısı prezident Nikolya Sarkozi müsəlmanların fransız cəmiyyətinə inteqrasiyasını yüksək qiymətləndirir. Onun fikrincə, Fransa müsəlmanları daha liberal mövqe tutublar.

Digər xəbərlər