PDF Oxu

Dünya

  • 7

Tayland hərbçiləri müxalifət məbədini mühasirəyə alıblar

Tayland hərbçiləri müxalifət məbədini mühasirəyə alıblar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 20-də Banqkokun mərkəzində yerləşən Budda məbədi hərbçilər tərəfindən mühasirəyə alınmışdır. Burada dövlət əleyhinə nümayişlərdə iştirak edən müxalifətçilər sığınacaq tapmışdır. İnformasiya agentliklərinin verdikləri məlumata görə, məbəd tərəfdə atışma səsləri eşidilmişdir. Müxalifət ehtiyat edirlər ki, hərbçilər 2000 nəfərədək adamın gizləndiyi məbədə hücum etsinlər. Bir müddət əvvəl, belə bir məlumat yayılmışdır ki, məbədə hökumət qoşunları ilə toqquşmalarda həlak olmuş 9 nəfərin meyiti aşkar edilmişdir. Ölənlərin ümumi sayı 15 nəfərə çatsa da, Tayland hökuməti bu rəqəmin doğruluğunu təsdiq etmir. "Qırmızıköynəklilər"in düşərgələrinə hücum mayın 19-da başlanmışdır. Həmin gün etiraz aksiyası keçirənlər Banqkokun işgüzar mərkəzini tərk etməyə başlamışdılar. Nümayişçilər qovulduqdan sonra, liderlər hökumətə təslim olmuşdur.

Digər xəbərlər