PDF Oxu

Dünya

  • 10

Almaniya Fələstinə 20 milyon avro ayıracaq

Almaniya Fələstinə 20 milyon avro ayıracaq
"DW-WORLD" qəzetinin yazdığına görə, dünən Berlində müstəqil Fələstin dövlətinin yaradılması ilə ələqədar ilk Fələstin-Almaniya dövlətlərarası məsləhətləşmələri keçirilmişdir. Fələstinin nümayəndə heyətinin ölkənin baş naziri Salam Fəyyad, Almaniyanın nümayəndə heyətinə isə ölkənin xarici işlər naziri Gido Vestervelle başçılıq edirdi. Görüşü şərh edən G.Vestervellenin dediyinə görə, danışıqların məna tutumu onunla əlamətdardır ki, Fələstin Muxtariyyatı Almaniyadan başqa heç bir ölkə ilə xarici işlər nazirləri səviyyəsində bu cür məsləhətləşmələr aparmır. G.Vestervelle belə hesab edir ki, Almaniya-Fələstin dövlətləri gələcəkdə bu cür danışıqları hər il keçirəcəklər. Nazir bu danışıqların Berlin və Ramallada keçiriləcəyi ehtimalını irəli sürür.
G.Vestervelle demişdir ki, Almaniya Fələstin dövlətçiliyinin qurulması üçün 20 milyon avro məbləğində humanitar yardım ayırmağı planlaşdırır. Onun dediyinə görə, bu pullar Fələstinin iqtisadi və administrativ inkişafının yaxşılaşdırılmasına yönəldiləcəkdir. Almaniya hökuməti bundan sonra da İordan çayının Qərb sahilinin gələcək iqtisadi inkişafının möhkəmlənməsi yolunda səylərini əsirgəməyəcəkdir.
Fələstinin baş naziri S.Fəyyad öz çıxışında bildirmişdir ki, İsraillə danışıqlar baş tutmazsa, o zaman onlar 2011-ci ildə birtərəfli qaydada Fələstin dövlətinin müstəqilliyini elan edəcəklər. Onun bu fikrinə cavab olaraq, İsrailin xarici işlər naziri Aviqdor Liberman və digər hökumət üzvləri Fələstinə qarşı öhtəçiliklərindən əl götürəcəklər. Fələstin lideri Mahmud Abbas baş nazirin birtərəfli qaydada müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləmədiyini bildirmişdir.

Digər xəbərlər