PDF Oxu

Dünya

  • 11

Tayland müxalifəti liderləri hökumətə təslim olublar

Tayland müxalifəti liderləri hökumətə təslim olublar
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tayland hökuməti qoşunları "qırmızıköynəklilər"in düşərgələrini hücumla ələ keçirdikdən sonra müxalifətçilər kütləvi etiraz aksiyalarını dayandıracaqlarına söz vermişlər. Müxalifət liderləri ölkə polisinə təslim olmuşlar. Müxalifətçilərə hücumda xüsusi döyüş dəstələri ilə birlikdə hərbi texnikadan da istifadə edilmişdir. Hakimiyyət dairələrinin bəyanatına görə, vəziyyət nəzarət altındadır. Hərbi əməliyyatlar dayandırılmışdır. İlkin məlumata görə, hərbi əməliyyat nəticəsində ən azı beş nəfər həlak olmuşdur ki, onlardan biri İtaliya jurnalistidir. 10 nəfər bədən xəsarəti almışdır. Banqkokda hökumət əleyhinə kütləvi etiraz aksiyaları bu ilin martından başlanmışdır. Taylandın keçmiş baş naziri Taksin Çinovatın tərəfdarları iqtidarda olan hökumət başçısı Apxisit Vetçaçivanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirdilər. May ayında Tayland paytaxtında keçirilən kütləvi etiraz aksiyaları silahlı toqquşma həddinə çatmışdır. Hakimiyyət dairələri "qırmızıköynəklilər"in Bankok mərkəzindəki bütün düşərgələrini blokadaya almışlar. Mayın 19-da müxalifət düşərgələrinə silahlı hücum başlanmışdır.

Digər xəbərlər