PDF Oxu

Dünya

  • 15

Taliblər ABŞ-ın hərbi bazasına hücum ediblər

Taliblər ABŞ-ın hərbi bazasına hücum ediblər
"Röyter" informasiya agentliyinin mayın 19-da yaydığı məlumata görə, "Taliban" hərəkatı döyüşçüləri ABŞ-ın Bəhramdakı hərbi-hava qüvvələrinin dislokasiya olunduğu bazaya hücum etmişlər. NATO hərbçilərinin məlumatına görə, hücum zamanı yeddi silahlı məhv edilmişdir. ABŞ hərbi bazasının beş hərbi qulluqçusu yaralanmışdır. Baza nümayəndələrinin dediklərinə görə, onlar həmişə bu cür hücumlara hazır olduqlarından, "Taliban" silahlıları qətiyyətlə dəf edilmişlər. "Frans Press"in məlumatına görə, taliblər hücum etməmişdən əvvəl ABŞ hərbi bazasını bir neçə raket atəşinə tutmuş, daha sonra isə əsgərlər üzərinə qumbaralar atmışlar. "Taliban" rəsmilərinin məlumatına görə, hucumda 20 nəfər silahlı kamikadze iştirak etmişdir. Bəhramdakı ABŞ hərbi bazası Kabuldan bir saatlıq məsafədə yerləşir və Əfqanıstanın ən böyük hərbi obyekti sayılır. Burada, əsasən, Amerika hərbiçiləri mövqe tutur.

Digər xəbərlər