PDF Oxu

Dünya

  • 10

Hakim Baltasar Qarson Haaqada yeni işə düzəlib

Hakim Baltasar Qarson Haaqada yeni işə düzəlib
"El Pais" Madrid qəzetinin yazdığına görə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan İspaniya hakimi Baltasar Qarson hakimlik vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, Haaqa Beynəlxalq Cinayət Məhkəməsində işə düzəlmişdir. B.Qarson bu cür qərarı İspaniyanın baş məhkəmə şurası instansiyasından almışdır. B.Qarsonu beş şura üzvünün üçü dəstəkləmişdir. Şura üzvlərindən iki nəfəri hakimin Haaqa məhkəməsində işləməsi əleyhinə səs vermişdir. Səsvermələrin nəticələri elan edildikdən sonra, məlum olmuşdur ki, hakimin Haaqada işləməsinə maneçilik törədəcək hüquqi əsas yoxdur. Buna görə də, B.Qarsonun 7 ay ərzində Haaqa məhkəməsində işləməsinə icazə verilmişdir. "Frans Press"in məlumatına görə, B.Qarson Haaqa məhkəməsində müstəqil müşavir kimi fəaliyyət göstərəcəkdir.

Digər xəbərlər