PDF Oxu

Dünya

  • 4

ABŞ senatorları yoxsul ölkələrə yardım edilməsi əleyhinə səs veriblər

ABŞ senatorları yoxsul ölkələrə yardım edilməsi əleyhinə səs veriblər
Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 17-də ABŞ senatorları Beynəlxalq Valyuta Fonduna, borclarını qaytarmaq qabiliyyətləri olmayan yoxsul ölkələrə kredit almağı tövsiyə edən qanun layihəsi əleyhinə səs vermişlər. Bu təşəbbüslə Konqresdə çıxış edən respublikaçı-senator Con Korninin təklifi yekdilliklə qəbul edilmişdir. Qəbul edilmiş sənədə əsasən ABŞ rəhbərliyi o ölkələrə maliyyə yardımı ayrıla bilər ki, həmin ölkələr nəzərdə tutulan vaxtda borclarını qaytarmağa qadir olsunlar. C.Kornin nümunə kimi Yunanıstan ətrafında baş vermiş situasiyanı misal çəkmişdir. Məlum olduğu kimi, Avropa Birliyi və BVF birgə Afinaya 110 milyard dollar məbləğində kredit ayırmışdır. Senatorun dediyinə görə, BVF-nin Yunanıstana ayıracağı 30 milyard dollar məbləğinin 7 milyardı ABŞ hökuməti xəzinəsindən ödəniləcəkdir. Senator belə hesab edir ki, ABŞ hökuməti həmin pulların qaytarılacağına əmin olmalıdır. C.Korninin fikrincə, ABŞ rəhbərliyi bu cür məsələlərdə ehtiyatlı tərpənməsə, özü "Yunanıstanın gününə düşəcəkdir". "Frans Press" hazırlanmış qanun layihəsinin Senatda təsdiq edildikdən sonra, imzalanmaq üçün prezident Barak Obamaya təqdim ediləcəyini bildirir. Yunanıstan BVF-nin hazırladığı kreditin birinci hissəsinin 5,5 milyard avro məbləğini bu ilin may ayının 12-də almışdır.

Digər xəbərlər