PDF Oxu

Dünya

  • 13

Çin milyarderi 14 il müddətinə azadlıqdan məhrum edilib

Çin milyarderi 14 il müddətinə azadlıqdan məhrum edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çin məhkəməsi "GOME" kompaniyasının əsasını qoyan Xuan Quanyuyunu rüşvətxorluqda ittiham edərək, 14 il müddətinə azadlıqdan məhrum etmişdir. Bundan başqa X.Quanyuyu 600 milyon yuan (88 milyon dollar) məbləğində cərimə ödəməli olacaqdır. İlkin məlumata görə, hakimiyyət dairələri X.Quanyuyunun 200 milyon yuan (30 milyon dollar) məbləğində qiymətləndirilən aktivlərindən birini müsadirə etmişlər. "GOME" kompaniyası Çinin nəhəng enerji satışı təşkilatıdır. X.Quanyuyunun 2008-ci ildəki varidatı 6,3 milyard dollar məbləğində olmuşdur. Biznesmen 2008-ci ilin noyabrında həbs edilmişdir. Bundan sonra, o, kompaniya rəhbəri vəzifəsini tərk etmişdir.

Digər xəbərlər