PDF Oxu

Dünya

  • 6

ABŞ dilçisi İsraili Stalin rejimi ilə müqayisə edib

ABŞ dilçisi İsraili Stalin rejimi ilə müqayisə edib
"Haaratez" qəzetinin mayın 17-də yazdığına görə, özünün sol radikal mövqeyi ilə tanınan Amerika dilçi alimi Noan Xomski İsrailin siyasi rejimini sovet dövrünün Stalin rejimi ilə müqayisə etmişdir. Martın 16-da İsrailin Xarici İşlər Nazirliyi N.Xomskinin İordan çayının Qərb sahilinə keçməsini qadağan etmişdir. Sərhəddə saxlandığını şərh edən dilçi alim bu cür hərəkətin ancaq Stalin rejimini dəstəkləyən ölkələrdə mümkün ola biləcəyini vurğulamışdır. Professor N.Xomski qızı və dostları ilə birlikdə Ramalla yaxınlığında yerləşən Bir-Beyt Universitetində iki mühazirə oxumağa hazırlaşırdı. O, İordaniya ərazisindən İordan çayının Qərb sahilinə keçmək istərkən, saxlanılaraq üç saat ərzində sorğu-suala tutulmuşdur. Qəzetin yazdığına görə, nəzarətçilər hər dəfə professorla danışdıqdan sonra, xarici işlər nazirliyi ilə əlaqə saxlayıb, nə edəcəklərini soruşurdular. Məntəqə nəzarətçisi professordan mühazirəni nə üçün İsrail universitetində yox, Fələstin universitetində söyləmək istəməsi ilə maraqlanmışdır. N.Xomski İsraildə çox mühazirə oxuduğunu bildirmişdi. Nəzarətçini "Hökumətimiz sizin dediklərinizi xoşlamır" ifadəsinə professor "Sən bir ölkə göstər ki, mənim dediklərimdən xoşu gəlsin" cavabını vermişdir. Nəzarətçi soruşmuşdur ki, nə üçün milliyyətcə yəhudi olduğun halda, İsrail vətəndaşı deyilsən və nə üçün 2006-cı ildə "Hizbullah" islamçı hərəkatının lideri Həsən Nəsrulla ilə görüşmüsən?..

Digər xəbərlər