PDF Oxu

Dünya

  • 15

İran öz uranını Türkiyədə zənginləşdirməyə razılıq verib

İran öz uranını Türkiyədə zənginləşdirməyə razılıq verib
"Frans Press" informasiya agentliyinin mayın 17-də yaydığı məlumata görə, İran öz uranının Türkiyədə zənginləşdirilməsinə razılıq vermişdir. Türkiyənin diplomatik mənbələrinin məlumatına görə, İran uranının Türkiyəyə göndərilməsi haqda razılaşma sənədi İranın, Türkiyənin və Braziliyanın xarici işlər nazirləri arasında Tehranda keçirilən danışıqlar zamanı imzalanmışdır. Belə ehtimal edilir ki, razılaşmanın son versiyası İran prezidenti Mahmud Əhmədinejadın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliya prezidenti Luis İnasiu Lula da Silva ilə Tehranda keçirilməsi nəzərdə tutulan danışıqlarda müzakirə ediləcəkdir.
Türkiyənin baş naziri Ərdoğan mayın 16-da axşam İranın nüvə proqramına həsr olunmuş danışıqlarda iştirak etmək üçün Əhmədinejadın dəvəti ilə Tehrana yola düşmüşdür. Braziliya prezidenti Lula da Silva bir neçə gün əvvəl Tehrana gəlmişdir.
İranın nüvə problemi məsələsini müzakirə edən "altılıq" ölkələri İranın az zənginləşdirilmiş uranını Rusiya və Fransaya aparması təklifini irəli sürmüşlər. Bu cür sövdələşmə İrana zənginləşdirilmiş uranın 20 faizini almağa şərait yaradacaqdır. Belə ehtimal olunurdu ki, hadisələrin bu cür gedişi İranın nüvə proqramının dinc xarakter almasına təminat verir. İran prezidenti "altılığ"ın bu təklifini müzakirə edəcəyinə söz vermişdir.

Digər xəbərlər