PDF Oxu

Dünya

  • 19

"Qırmızıköynəklilər"ə qoşulan general həlak olub

"Qırmızıköynəklilər"ə qoşulan general həlak olub
"Assoşieytd Press" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 17-də Taylandda "qırmızıkönəklilər"ə qoşulan general-mayor Xatiyya Savazdipol başından aldığı güllə yarasından vəfat etmişdir. 58 yaşlı Savadzipol müxalifətçilərin hərbi strateqi kimi çıxış edrirdi. Müxalifət başçılarının bir hissəsi generalla əməkdaşlıq etməkdən imtina etmişdilər. O, müxalifətin mitinqində çıxış edərkən, mayın 13-də başından güllə yarası almışdır. Hakimiyyət dairələri onun yaralanmasından bixəbər olduqlarını bildirmişlər. Agentliyin məlumatına görə, müxalifətçilər 36 nəfər dinc sakinin hakimiyyət dairəsi tərəfindən öldürüldüyünü bildirmişlər. Cəmi 1 nəfər hərbçi öldürüldüyü bildirilir. 244 nəfərin yaralandığı haqda məlumat verilib. Onların 6 nəfəri xarici ölkə vətəndaşları olmuşlar. Hakimiyyət dairələri müxalifətçilərə təklif edir ki, evlərinə dağılışsınlar. Onlar "qırmızıköynəklilər"ə qarşı snayper atəşindən və zirehli texnikadan istifadə ediləcəyini bəyan etmişlər. Müxalifətçilər isə Vetçaçivanın istefaya çıxmasını və yeni seçkilərin keçirilməsini və bu seçkilərdə ölkənin keçmiş baş naziri Taksin Çinavata şərait yaradılmasını tələb edirlər. Taylandın yeni hökuməti Çinavatı korrupsiyada ittiham edir. Yeni hökumət başçısı Vetçaçiva əvvəl müxalifətçilərin təklifini qəbul edib, seçkilərin noyabrda keçiriləcəyini bəyan etmişdi. Sonra öz vədinə xilaf çıxdı.

Digər xəbərlər