PDF Oxu

Dünya

  • 15

Vyetnamın reablitsiya mərkəzindən 600 narkoman qaçıb

Vyetnamın reablitsiya mərkəzindən 600 narkoman qaçıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Vyetnamın icbari reabilitasiya mərkəzində 600 nəfərədək narkoman qaçmağa müvəffəq olmuşdur. Xayfon şəhərinin 2 saylı reabilitasiya mərkəzinin mühafizəçisi mayın 16-da nahar fasiləsi zamanı pasiyentlərdən birinin digərlərinə qanun pozuntusu törətmək üçün siqnal verdiyini bildirmişdir. Onun dediyinə görə, narkomanlar reabilitasiya mərkəzinin orta darvazasından keçmişlər. Onlar qarşılarına çıxan avtomobillərin şüşələrini sındırmışlar. Klinikadan 578 nəfər pasiyent qaçmışdır. Bir müddət sonra onlardan 127 nəfəri geri qayıtmışdır. Qalanları polis tərəfindən axtarılmaqdadır. Vyetnam qanunçuluğuna əsasən, hakimiyyət dairələri narkomanları iki il müddətinə reabilitasiya mərkəzində saxlamaq mümkündür. Mərkəzdə şərait olduqca ağırdır, pasiyentlərə ağır iş gördürülür və onlarla ideoloji iş aparılırdı. Xayfondakı reabilitasiya mərkəzi iki il əvvəl açılmışdır. Mərkəzin 826 pasiyenti vardır.

Digər xəbərlər