PDF Oxu

Dünya

  • 7

Silahlılar 8 Dağıstan milisini qətlə yetirib

Silahlılar 8 Dağıstan milisini qətlə yetirib
"İnterfaks" informasiya agentliyinin mayın 13-də yaydığı məlumata görə, milis kolonunu partlayışlara məruz qoyduqdan sonra, aramsız atəş açan silahlılar, onların 8 nəfərinin ölümünə nail olmuşlar. Naməlum sayda milis əməkdaşları yaralanmışdır. Hüquq-mühafizə orqanlarına əsaslanan agentliyin əldə etdiyi məlumata görə, milis kolonuna hücum Dağıstanın Serqokalin bölgəsində baş vermişdir. Silahlılar kolona hücum edərkən, avtomobillərdə 40-dək milis əməkdaşı olmuşdur. Məlumat rəsmən təsdiq edilməmişdir. Bir gün əvvəl, hüquq-mühafizə orqanlarında təmsil olunan başqa mənbənin agentliyə verdiyi xəbərə görə, Serqokalin rayonunda milislə silahlılar arasında toqquşma baş vermişdir. Ehtimal edilir ki, həmin şəxslər mayın 13-nə keçən gecə televiziya qülləsi və "Bilayn" stansiyasına atəş açanlar olmuşlar. Verilən məlumata görə, milis əməkdaşları silahlıları təqib edərək, onları döyüşə cəlb etmişlər.

Digər xəbərlər