PDF Oxu

Dünya

  • 6

Yanukoviçin həbsləri "siyasi repressiya" kimi qələmə verilir

Yanukoviçin həbsləri "siyasi repressiya" kimi qələmə verilir
Ukrayna Daxili İşlər Nazirliyinin yeni başçısı Anatoli Moqilyov "Levıy bereq" qəzetinə verdiyi müsahibəsində prezident Viktor Yanukoviçin azadlıqdan məhrumedilmə müddətlərinin "siyasi repressiyalar" kimi qəbul edilməsini təklif etmişdir. Jurnalist nazirə verdiyi sualında fəaliyyətdə olan prezidentin müttəhim reputasiyasının onu narahat edib-etməməsini soruşduqda, A.Moqilyov Ukrayna prezidentinin müdafiəsinə qalxmışdır. Nazir jurnalist qadından soruşmuşdur ki, məktəb illərində siqaret çəkib, hər hansı "naqis əməllərlə" məşğul olmamışdırmı?! "Levıy bereq" əməkdaşı siqaret çəkməklə iki dəfə ittiham edilmənin müqayisə edilməsini əsassız hesab etdiyini bildirmişdir. Ukrayna naziri jurnalistin bu qeydini "Bəlkə prezidentin bu əməli o vaxtın siyasi repressiyaları olub" sualı ilə dəf etmişdir. Viktor Yanukoviç 1967-ci ildə "zorakılıqla əlaqəli talançılıq" maddəsi ilə ittiham edilərək, 1,5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1970-ci ildə, o, potensial rəqibinə "orta dərəcəli bədən xəsarəti" yetirdiyinə görə, yenidən həbs edilmişdir. 1978-ci ildə V.Yanukoviçin hər iki məhkumluq müddəti kosmanavt Georgi Bereqovoyun məktubu əsasında ləğv edilmişdir. Qeyd edirik ki, V.Yanukoviç antisovet fəaliyyəti ilə məşğul olmadığından, onun "siyasi repressiyalara" məruz qalması ehtimalı istisna edilir.

Digər xəbərlər