PDF Oxu

Dünya

  • 13

Liberal-demokratlar Kemeron kabinetində 5 kürsü alıblar

Liberal-demokratlar Kemeron kabinetində 5 kürsü alıblar
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya Liberal-Demokratlar Partiyasının lideri Nik Kleqq ölkənin yeni baş naziri Devid Kemeronun müavini vəzifəsinə təyin edilmişdir.
Britaniya kütləvi informasiya vasitələrinin məlumatına görə, koalisiya hökumətinin tərkibində N.Kleqqin beş həmkarı nazir kimi təmsil olunacaqdır. Bundan başqa, daha 15 liberal-demokrat aparat əməkdaşı kimi təmsil olunacaqlar. Bəzi məlumatlara görə, təhsil naziri postunu Devid Lous tutacaqdır.
Mühafizəkarlar Partiyasının sədri D.Kemeron təmsilçisi olduğu yeni kabinetə müxtəlif partiyaların təmsilçilərini təyin etdiyini bildirmişdir. Xarici işlər naziri vəzifəsinə keçmiş mühafizəkarlar lideri Uilyam Heyq, maliyyə naziri vəzifəsinə Corc Osborn, müdafiə naziri vəzifəsinə isə Liam Foks təyin edilmişdir. Mühafizəkarlar və liberal-demokratlar arasında koalisiya razılaşması haqqında məlumat jurnalistlərə çatdırılmışdır. Liberal-demokratların "tori" nümayəndələri ilə 50 gün ərzində fövqəladə büdcə layihəsi hazırlayacaqları bildirilir. Ehtimal edilir ki, bu layihənin gerçəkləşəcəyi təqdirdə, büdcə kəsiri 6 milyard funta enəcəkdir. Bunun müqabilində, mühafizəkarlar verginin miqdarını artırmayacaqlar.
Mühafizəkarlar hökuməti formalaşdırmağı 650 mandatdan 326-nı əldə edə bilmədikləri üçün liberal-demokratlarla koalisiyaya girmək məcburiyyətində qalmışlar. Ölkənin keçmiş baş naziri Qordon Braun təmsilçisi olduğu Leyboristlər Partiyasının 258-dən artıq mandat qazanmadığına görə, mayın 11-də istefaya çıxmalı olmuşdur.

Digər xəbərlər