PDF Oxu

Dünya

  • 11

Cimmi Karterin nəvəsi senator seçildi

Cimmi Karterin nəvəsi senator seçildi
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın 39-cu prezidentinin nəvəsi Ceyson Karter Corciya ştatının senatoru seçilmişdir. O, De Kalb 42 nömrəli seçki dairəsində 65 faiz seçici səsi qazanaraq, qalib gəlmişdir. C.Karter Atlantidada vəkil işləmişdir. Demokratlar Partiyasını təmsil edən C.Karter Devid Aldermanı əvəz etmişdir. D.Alderman ABŞ-ın Sinqapurdakı səfiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar senatorluqdan istefa vermişdir. C.Karter əmindir ki, seçicilər onu tanınmış ailədən olduğuna görə yox, müsbət keyfiyyətlərinə görə senator seçmişlər. İyulun 20-də Corciya ştatı parlamentinin yuxarı palatasına ümumxalq seçkiləri keçiriləcəkdir. 34 yaşlı C.Karter 2013-cu ilin axırlarınadək Senatda qala biləcəyini yoxlamaq imkanı qazanacaqdır.

Digər xəbərlər