PDF Oxu

Dünya

  • 9

Polis İrlandiya parlamenti binası ətrafına toplaşmış mitinqçiləri qovmağa nail olub

Polis İrlandiya parlamenti binası ətrafına toplaşmış mitinqçiləri qovmağa nail olub
"Sku Nyus" telekanalının məlumatına görə, müxalifətçilərin İrlandiyanın Dublindəki parlament binasına soxulmaq cəhdləri uğursuzluqla nəticələnmişdir. Mayın 11-də axşam parlament binasının Leynster-Haus küçəsi tərəfində polislə nümayişçilər arasında toqquşma baş vermişdir. Nümayişçilər kommersiya banklarına dövlət yardımı edilməsi əleyhinə çıxırdılar. Yüzə yaxın nümayişçi polis kordonunu yarıb, darvazanı açmağa cəhd etmişlər. Polis bir neçə dəqiqə ərzində hücumun qarşısını almağa nail olmuşdur. Hücum zamanı bir nəfərin başından yaralandığı bildirilir. Polis heç bir nümayişçini həbs etməmişdir. Nümayiş bir neçə siyasi partiya, həmkarlar ittifaqları və ictimai təşkilatların dəstəyi ilə başlanmışdır. Nümayişçilər hökumətin maliyyə böhranının qarşısını almaq məqsədilə fərdi banklara milyardlarla avro məbləğində yardım etməsinə qarşı çıxmışlar. Bütövlükdə, aksiya sakit tərzdə keçmişdir. Təşkilatçılar nümayişçiləri aqressiv hərəkətlərdən çəkindirməyə çağırmışlar.

Digər xəbərlər