PDF Oxu

Dünya

  • 10

M.Əhmədinejad Tehranın heç vaxt bin Ladenlə əməkdaşlıq etmədiyini bildirmişdir

M.Əhmədinejad Tehranın heç vaxt bin Ladenlə əməkdaşlıq etmədiyini bildirmişdir
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad "Əl-Kaidə" terrorçu qruplaşmasının lideri Üsamə bin Ladenin Tehranda gizlənməsi ilə əlaqədar mətbuat informasiyalarını təkzib edərək, "bir nömrəli terrorçu"nun Vaşiqtonda gizləndiyini bəyan etmişdir. M.Əhmədinejad bu haqda "eşitdiyini" bildirmiş və fikrini belə tamamlamışdır: "Üsamə bin Laden ona görə Vaşinqtonda gizlənir ki, o, əvvəllər kiçik Corc Buşun partnyoru olmuşdur." İran prezidenti belə hesab edir ki, bin Laden və kiçik Corc Buş sadə partnyor olmaqla kifayətlənməmiş və "neft biznesi sahəsində əməkdaşlıq etmişlər". M.Əhmədinejad Tehranın heç vaxt bin Ladenlə əməkdaşlıq etmədiyini bildirmişdir. Hazırda "Əl-Kaidə" terrorçu qruplaşmasının lideri Üsamə bin Ladenin harada gizləndiyi haqda səhih məlumat yoxdur. Bu şəxs son dəfə 2010-cu ilin martında "Əl-Cəzirə" telekanalının efirində görünmüşdür.

Digər xəbərlər