PDF Oxu

Dünya

  • 13

Çinin cənubi-qərbində baş vermiş tufanın qurbanlarının sayı 3 nəfərə çatıb

Çinin cənubi-qərbində baş vermiş tufanın qurbanlarının sayı 3 nəfərə çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin cənubi-qərbində yerləşən və əhalisi sıx olan Çuntsin meqopolisində baş vermiş tufan nəticəsində, ən azı 23 nəfər həlak olmuş, 160 nəfərə yaxın adam xəsarət almışdır. "Sinxua" Çin informasiya agentliyinin məlumatına görə, yaralılar yerli xəstəxanalara gətirilməkdə davam edir. Əhalisi 30 milyon nəfərə çatan Çuntsin dairəsində baş vermiş güclü külək minlərlə evi yerlə yeksan etmişdir. Təbii fəlakət rayonlarında yollar və körpülər sıradan çıxmış, elektrik enerjisi dayandırılmışdır. Yerli hakimiyyət dairələri tufanın iqtisadiyyata 3 milyon dollardan çox zərər vurduğunu bildirmişlər. Yerli informasiya agentliklərinin məlumatına görə, fırtına leysan yağışlar və dolu ilə müşayiət olunmuşdur.

Digər xəbərlər