PDF Oxu

Dünya

  • 11

İran prezidenti ABŞ-ın nüvə arsenalını yoxlamağı tələb edib

İran prezidenti ABŞ-ın nüvə arsenalını yoxlamağı tələb edib
"Bloomberq" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad mayın 4-də Nyu-Yorkda keçirilən konfransda ABŞ-ın nüvə başlıqlarının miqdarını müəyyənləşdirmək üçün bir müstəqil beynəlxalq təşkilatın yaradılmasının vacibliyini bildirmişdir. İran prezidenti bu müstəqil təşkilata məhz hansı ölkələrin nümayəndələrinin daxil ediləcəyini konkretləşdirməmişdir. M.Əhmədinejad Pentaqonun nüvə başlıqlarının sayının elan etməsini alqışladığını bildirmiş və Pentaqonun bu addımını "irəliyə doğru müsbət addım" kimi qiymətləndirmişlər. Müstəqil təşkilatların yaradılmasının vacibliyini isə, İran prezidentindən bir neçə saat əvvəl, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirmişdir.
ABŞ mayın 3-də öz nüvə başlıqları haqqında məlumat açıqlamışdır. Pentaqonun bəyanatında bildirilir ki, hazırda Vaşinqtonun nəzarətində 5113 nüvə başlığı saxlanılıb. Pentaqon bildirir ki, 1967 və 1989-cu illərlə müqayisədə nüvə başlıqlarının sayı, müvafiq olaraq, 84 və 75 faiz azaldılmışdır.
İran prezidenti ABŞ-ın hakimiyyət dairələrini Tehran üzərinə sanksiya tətbiq etməkdən çəkinməyə çağırmışdır. Onun fikrincə, münasibətlərin bu şəraitdə davamı "ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasına əngəl törədəcəkdir". "Assoşieyted Press"in məlumatına görə, İran prezidenti sanksiyaların tətbiqini Tehrandan çox Vaşinqtona zərəri olacağını bildirmişdir.

Digər xəbərlər