PDF Oxu

Dünya

  • 9

Qırğızıstanın yeni hökuməti Bakiyevin ekstradisiyasını tələb edib

Qırğızıstanın yeni hökuməti Bakiyevin ekstradisiyasını tələb edib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın müvəqqəti hökuməti Kurmanbek Bakiyevin sabiq prezidentlik və toxunulmazlıq statusundan məhrum edilməsi haqda dekret imzalamış və respublika prokurorluğundan xahiş etmişdir ki, onun ekstradisiyasını təmin etsin. Dekret 3 maddədən ibarətdir. Birinci maddədə K.Bakiyevin "xalqı devirdiyi" bildirilir. İkinci maddədə bildirilir ki, K.Bakiyev dinc vətəndaşların güllələnmələrinə yol verdiyinə görə, özünün prezidentlik və toxunulmazlıq hüququnu ləğv etmişdir. Üçüncü maddə Qırğızıstanın baş prokurorluğuna ünvanlanmışdır. Burada prokurorluqdan tələb edilir ki, o, K.Bakiyevin ekstradisiyasını təmin edib, onu cinayət məsuliyyətinə cəlb etsin. Bir müddət əvvəl, Roza Otunbayevanın başçılıq etdiyi müvəqqəti hökumət keçmiş prezident K.Bakiyevin və onun yaxın ətrafının yerini deyən şəxslərə mükafat verəcəyini vəd etmişdi. Axtarışda olanlar siyahısına prezidentin qardaşları Janış, Əhməd, Kanıbek, oğlu Maksim və ölkənin keçmiş baş naziri Daniyar Usenovun adları düşmüşdür. Bu şəxslərin həbs edilməsi ilə əlaqədar vəd edilmiş mükafat 20-100 min dollar həddindədir. "Röyter"in məlumatına görə, Belorus prezidenti Aleksandr Lukaşenko mayın 4-də belə bir bəyanat vermişdir ki, K.Bakiyevi Qırğızıstanın yeni hakimiyyət dairələrinə təhvil verməyəcəkdir.

Digər xəbərlər