PDF Oxu

Dünya

  • 13

Yanukoviçin əleyhdarları "Ukrayna Nicat Komitəsi" yaradacaqlar

Yanukoviçin əleyhdarları "Ukrayna Nicat Komitəsi" yaradacaqlar
"Ukrainskaya Pravda" qəzetinin yazdığına görə, milli əqidə mövqeyindən çıxış edən bir qrup Ukrayna yazıçı və publisistləri mayın 5-də "Ukrayna Nicat Komtəsi" adlı təşkilatın yaradıldığını bəyan etmişlər. Bu strukturun yaradılması üzrə təşəbbüs qrupu mayın 5-də səhər Ukrayna Yazıçılar Birliyinin salonuna yığışmışdır. Mərasimə özünü müxalifətçi hesab edən bütün ictimai təşkilatlar dəvət edilmişdir.
Təşəbbüs qrupunun üzvləri belə bir yekun rəyə gəlmişlər: "Yanukoviç rejimi dövlətimizin ləğvi komissiyasına çevrilmişdir. Yeni hökumət Kremlə öz mütiliyini göstərmək üçün Ukrayna ərazisini satdıqdan sonra, aviasiya sahəsi və atom energetikasını da Rusiyaya verməyə hazırlaşır. Onlar ölkəni və xalqı həm bir-bir, həm də topdansatış qaydasında satmağı planlaşdırırlar". Onların fikrincə, ölkənin müstəqilliyi və suverenliyi üçün real təhlükə yaranıb və Ukrayna demokratiyadan avtoritarizmə doğru meyillənməkdədir.
Bir müddət əvvəl, analoji xilasedicilik komitələrini Viktor Yuşşenko və Yuliya Timoşenko da yaratmaq istədiklərini bəyan etmişdilər. V.Yuşşenko V.Yanukoviç və Y.Timoşenkonu "Moskva layihələri" hesab etdiyi üçün Y.Timoşenko ilə əməkdaşlıq etməyəcəyini bildirmişdi.

Digər xəbərlər