PDF Oxu

Dünya

  • 13

Barak Obama Suriya üzərinə qoyduğu sanksiyanın müddətini bir il uzadıb

Barak Obama Suriya üzərinə qoyduğu sanksiyanın müddətini bir il uzadıb
"Yerusəlim Post" qəzetinin yazdığına görə, ABŞ prezidenti Barak Obama Suriya üzərinə qoyuduğu sanksiyanı daha bir il müddətinə uzatmışdır. ABŞ prezidentinin bu bəyanatı mayın 4-də Konqresdəki çıxışında ifadə edilmişdir.
Sənəddə deyilir ki, Suriya terrorçuluq rejimini davam etdirir və kütləvi qırğın silahları əldə etməyə can atır. B.Obamanın bəyanatında deyilir ki, Suriyanın hakim dairələrinin bu hərəkəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə törədir. B.Obama Suriya hökumətini İraq ərazisinə kamikadzelər keçirməkdə də ittiham etmişdir.
2010-cu ilin 13 aprelində Dəməşq "Hizbullah" ekstremist hərəkatına "Skad" raket kompleksləri ötürmüşdür. Buna cavab olaraq, ABŞ öz səfirini Suriyaya göndərməmiş və Dəməşq rəsmilərindən izahat tələb etmişdir.
Bir müddət əvvəl, İsrail hökuməti Suriya prezidenti Bəşər Əsədə belə bir xəbərdarlıq etmişdir ki, "Hizbullah" təşkilatı onların göndərdikləri "Skad"lardan İsrail əleyhinə ifadə edəcəkləri təqdirdə, bu ölkənin strateji obyektlərini darmadağın edəcəkdir.

Digər xəbərlər