PDF Oxu

Dünya

  • 14

Putin və Kadırov mətbuatın düşməni siyahısına düşüb

Putin və Kadırov mətbuatın düşməni siyahısına düşüb
"Sərhədsiz reportyorlar" beynəlxalq hüquq təşkilatı 3 May Azad Mətbuat Günü münasibətilə dünyada azad mətbuatın ən qəddar düşmənlərinin siyahısını dərc etmişdir. Rusiyanın baş naziri Vladimir Putin və Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun adı bu siyahıya düşmüşdür. Təşkilatın dərc etdiyi sənəddə deyilir ki, V.Putin Rusiyanın azad kütləvi informasiya vasitələrini dövlətin nəzarəti altında saxlayır və onların köməyi ilə əhali arasında ictimai-siyasi həyat haqda iqtidaryönlü rəy formalaşdırır. Təşkilat R.Kadırov haqda bu cür mülahizə yürüdür: "Bu şəxsin siyasətini şübhə altına alan hər bir şəxsi ölüm təhlükəsi gözləyir". Sənəd müəllifləri R.Kadırovun siyasəti tənqid edən Natalya Estemirova və Anna Politovskayanın taleyini misal çəkirlər. Məlum olduğu kimi, hər iki qadın öldürülmüşdür və indiyədək onların qatillərini tapmaq mümkün olmamışdır. "Sərhədsiz reportyorlar" təşkilatı R.Kadırovun xüsusi jurnalistlər qrupu saxlayaraq, özünün şəninə mədhnamələr oxutduğunu bildirmişdir. Təşkilat V.Putin və R.Kadırovdan başqa "Taliban" lideri Molla Ömər, Belorus prezidenti Aleksandr Lukaşenko, Çin rəhbəri Xu Tszintao, İtaliya mafiyası, Meksika narkobaronları, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, eləcə də, digər ölkə rəhbərləri və ayrı-ayrı təşkilatları öz siyahısına daxil etmişdir. V.Putinin adı "mətbuat düşmənləri" siyahısında 2006-cı ildə də nümayiş etdirilmişdir.

Digər xəbərlər