PDF Oxu

Dünya

  • 10

Çili sahillərində güclü zəlzələ baş verib

Çili sahillərində güclü zəlzələ baş verib
"Frans Press" informasiya agentliyinin ABŞ-ın geoloji xidmətinə əsaslanaraq, yaydığı məlumata görə, mayın 3-də yerli vaxtla saat 19.09-da Çili sahillərində maqnituda gücü 6,4 həddində olan zəlzələ baş vermişdir. ABŞ seysmoloqlarının məlumatına görə, zəlzələnin episentri Kansepsyon şəhərinin cənubi-qərb hissəsinin 151-ci kilometrliyində olmuşdur. Bu şəhər Çilinin ən böyük şəhərlərindən biridir. 2010-cu ilin 27 fevralında maqnituda gücü 8,8 həddində olan zəlzələ nəticəsində güclü sunami yaranmış və 450 nəfər həlak olmuş, 100 nəfərədək adam itkin düşmüşdür. O vaxt Çilinin iqtisadiyyatına dəyən zərər on milyonlarla dollar məbləğində olmuşdur.

Digər xəbərlər