PDF Oxu

Dünya

  • 11

Qırğızıstan ABŞ səfirindən məhrum olub

Qırğızıstan ABŞ səfirindən məhrum olub
"Fərqanə.Ru" informasiya agentliyinin yaydığı məlumata görə, mühacirətədə olan Qırğızıstan müxalifətçisi Bakıt Beşimov ABŞ-ın Qırğızıstandakı səfiri postunu tutmaqdan imtina etmişdir. Onun bəyanatına görə, ölkənin yeni hökuməti vacib diplomatik vəzifəyə təqdimat prosesində ciddi səhvə yol vermişdir.
B.Beşimova ABŞ səfiri vəzifəsini Qırğızıstanın müvəqqəti hökuməti təklif etmişdir. Aprelin 12-də Qırğızıstanın ABŞ, Almaniya, Rusiya və Türkiyədə olan səfirləri yeni hökumətin qərarı ilə tutduqları vəzifələrindən azad edilmişlər. Bir müddət sonra "24.kq" agentliyi belə bir məlumat yaymışdı ki, yeni hökumət B.Beşimovu ABŞ səfiri təyin edib.
B.Beşimov bir vaxt Qırğızıstan parlamentində fəaliyyət göstərən Sosial-Demokratlar Partiyasının fraksiyasına başçılıq etmişdir. O, 2009-cu il prezident seçkilərindən sonra, ölkəni tərk edib ABŞ-a getmişdir. B.Beşimov respublikanın yeni hökumətini repressiyalarda ittiham edib, öz həyatı üçün narahatlıq keçirdiyini bildirmişdi. Parlament yığıncaqlarına gəlməməsi səbəbindən, o, deputat mandatından məhrum edilmişdir.

Digər xəbərlər