PDF Oxu

Dünya

  • 10

Pakistan taliblərinin "qətlə yetirilmiş" lideri ABŞ-ı yeni terror aktları ilə təhdid edib

Pakistan taliblərinin "qətlə yetirilmiş" lideri ABŞ-ı yeni terror aktları ilə təhdid edib
"Frans Press" informasiya agentliyinin mayın 3-də yaydığı məlumata görə, "Taliban" hərəkatı üzvləri 2010-cu ilin yanvarında ABŞ-ın aviasiya zərbəsi nəticəsində həlak olmuş hərəkat lideri Həkimulla Məhsudun videoyazısını nümayiş etdirmişdir. 9 dəqiqəlik videoyazıda H.Məhsud, ekspertlərin ehtimalına görə, aprelin 4-də etdiyi çıxışında ABŞ-ın hakimiyyət dairələrinin yeni terror aktları ilə təhdid etmişdir. "Tezliklə bizim silahlıların ABŞ-ın nəhəng şəhərlərinə zərbələr endirməsi vaxtı yetişəcəkdir" deyə "Taliban" lideri bildirmişdir. O, həm də ABŞ-la müttəfiq olan ölkələrə xəbərdarlıq etmişdir ki, Vaşinqtonla əlaqələrini kəsməyəcəkləri təqdirdə, ciddi surətdə cəzalandırılacaqlar. Mayın 1-də Nyu-York şəhərinin Tayms-Skver küçəsində hakimiyyət dairələri ağır nəticələrə səbəb ola biləcək terror aktının qarşısını almışlar. Bu hadisədən sonra, islam saytlarında belə bir məlumat yayıldı ki. həmin partlayış cəhdini Pakistan talibləri ediblər. Nyu-York polisi isə buna şübhə ilə yanaşdığını bildirir. H.Məhsudun sağ qalmasına gəldikdə, ABŞ-ın hərbi-hava qüvvələri 2009-cu ilin yayında Pakistanın "Taliban" hərəkatının lideri Beytulla Məhsudu öldürdükdən sonra, 2011-ci ilin 31 yanvarında B.Məhsudu əvəz edən bu lideri qətlə yetirmişdir. Ancaq aprelin axırlarında Pakistan kəşfiyyatı qeyri-rəsmi məlumatında H.Məhsudun sağ qaldığını təsdiq etmişdir.

Digər xəbərlər