Angela Merkeli Yunanıstana yardım etməkdə ittiham edirlər
"Velt" qəzetinin yazdığına görə, Yunanıstanın müxalifətçi Sosial-Demokrat Partiyasının sədri Ziqmar Qabriel ölkə kansleri Angela Merkeli almanları aldatmaq yolu ilə Yunanıstana maliyyə yardımı ayırmağa cəhddə ittiham etmişdir. Z.Qabrielin dediyinə görə, A.Merkel özünü "dəmir kansler" adlandıraraq, üzdə Yunanıstana sərt münasibət ifadə etsə də, əslində, pərdə arxasında maliyyə naziri Volfqanq Şoyblla birlikdə Afinaya bir neçə milyard dollar məbləğində yardım ayrılması haqda danışıqlar aparır. O, kanslerə təklif etmişdir ki, vergi ödəyicilərinə hər bir şeyi açıq şəkildə şərh etsin. "Axı söhbət böyük məbləğdə pul sövdələşməsindən gedir" deyə Z.Qabriel bildirmişdir. Onun dediyinə görə, A.Merkel may ayında Şimali Reyndə - Vestfalyada keçiriləcək torpaq haqda seçkilər ərəfəsində bu məsələnin qapalı qalmasını istəyir. Z.Qabrielin dediyinə görə, onun partiyası buna yol verməyəcəkdir. Almaniyanın dövlət hüququ üzrə tanınmış mütəxəssisi Karl Albrext Şaxtsşnayder də hökumətin Yunanıstana maliyyə yardımı ayırması planı ilə razılaşmadığını bildirmişdir. O, torpaq bankı üzrə keçmiş Hessen başçısı Vilhelm Xankel və məşhur iqtisadçı Yoahim Strabatti ilə birlikdə konstitusiya məhkəməsinə şikayət hazırlamışdır. Bundestaqın Yunanıstana yardım layihəsini təsdiqləyəcəyi təqdirdə, o, hazırladığı şikayəti məhkəməyə təqdim edəcəkdir.