PDF Oxu

Dünya

  • 10

Misirdə 26 "Hizbullah" üzvünü terror aktına görə ittiham ediblər

Misirdə 26 "Hizbullah" üzvünü terror aktına görə ittiham ediblər
"Haaretz" qəzetinin yazdığına görə, Misir məhkəməsi Livanın "Hizbullah" radikal qruplaşması ilə əlaqəsi olan və ölkə ərazisində terror aktı törətməyə hazırlaşan 26 nəfəri mühakimə edilmişdir. Həbs olunanlar arasında Livan, Misir, Sudan və Fələstin vətəndaşları olmuşdur. Onların hamısı 6-25 il arasında azadlıqdan məhrumetmə cəzası almışdır. Məhkəmənin qərarı müzakirə edilmir və onu ancaq Misir prezidenti təxirə sala bilər. Həmin şəxslər 2008-2009-cu illərdə Süveyş kanalının turist zonalarında terror aktları törətməyə hazırlaşarkən həbs edilmişlər. Onlar həm də sui-qəsdlərdə, casusluqda və partlayıcı maddə saxlamaqda ittiham edilirdilər. "Hizbullah" lideri Həsən Nəsrullanın dediyinə görə, həbs edilən şəxslərin hamısı şiə qruplaşmasının üzvləridirlər. Lider onların heç biri haqda mənfi fikir səsləndirməmişdir.

Digər xəbərlər