PDF Oxu

Dünya

  • 16

İsrail deputatlarının Kəddafi ilə görüşməsinə görə cəzalandırılmaları tələb edilib

İsrail deputatlarının Kəddafi ilə görüşməsinə görə cəzalandırılmaları tələb edilib
"Haaretz" qəzetinin İsrail Knessetinin spikerinin bəyanatına əsaslanaraq, yazdığına görə, ölkə parlamenti Liviya lideri Müəmmər Kəddafi ilə görüşdə iştirak etmiş 6 deputatının toxunulmazlıq hüququnun ləğv edilməsi məsələsini müzakirə edəcəkdir. Deputatların cəzalandırılması təklifini "Milli Birlik" sağ azlıq fraksiyası birliyinin deputatı Mixael Ben-Ari irəli sürmüşdür. Onun dediyinə görə, M.Kəddafi ilə görüşən deputatlar "İsrailə və yəhudi dövlətinə nifrət" hissələrini nümayiş etdirmişlər. Xatırladırıq ki, "Milli Birlik" fraksiyası Knessetdə dörd kresloya malikdir. Knesset spikeri Reuven Ravlin Ben-Arinin təklifini qəbul etməmişdir. Onun dediyinə görə, Livan lideri ilə görüşən deputatlar, faktik olaraq, satqın sayıldıqları üçün bu addımı atmağa ehtiyac yoxdur. Bununla belə R.Rivlen "Milli Birlik" üzvlərinin məsələni müzakirə etmələrinə etiraz etmədiyini bildirmişdir. M.Kəddafi aprelin 23-də tərkiblərində 6 Knesset deputatı olan ərəb-İsrail nümayəndələrini qəbul etmişdi. Görüşdə iştirak edən İsrail deputatları Knessetin qarşıdakı yığıncağını boykot edəcəklərini bildirmişdilər. Bundan başqa, onlar ərəb dünyası ilə mədəni və siyasi əlaqələri nizama salmağın tərəfdarı olduqlarını da bildirirdilər.

Digər xəbərlər