PDF Oxu

Dünya

  • 15

Qırğızıstan sərhədçiləri hökumətə narazılıq məktubu ünvanlayıb

Qırğızıstan sərhədçiləri hökumətə narazılıq məktubu ünvanlayıb
"24.kq" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstan sərhədçiləri müvəqqəti hökumətin, sərhəd xidmətinin polkovniki Kurmanakun Matenovu onlara yeni rəhbər təyin etməsinə yazılı surətdə etirazlarını bildirmişlər. Məktubda deyilir ki, "keçmiş hərbi əsir"in sərhəd xidmətinə rəhbər təyin edilməsi yolverilməzdir.
K.Matenovun müvəqqəti hökumət tərəfindən Qırğızıstanın dövlət sərhəd xidmətinə müvəqqəti rəhbər təyin edilməsi aprelin 27-də səhər məlum olmuşdur. Sərhədçilərin narazılığı bu şəxsin tərcümeyi-halının 1999-cu il "Batken hadisələri" epizodu ilə əlaqədar olmuşdur. Həmin vaxt ölkənin cənubi-qərbində yerləşən Batken bölgəsinə soxulmuş silahlılar Özbəkistana üz tutmuşdular. Həmin silahlılar bir neçə yerli administrasiyanı və K.Matenov da daxil olmaqla, güc strukturlarının bir neçə əməkdaşını ələ keçirmişdilər. Sonralar silahlılar məhv edilmiş, girovlar isə azadlığa buraxılmışdır.
Sərhədçilər öz məktublarında yazırlar ki, K.Matenovun sərhəd xidmətinə sədr təyin edilməsi reallıqla uzlaşmır. Onlar belə hesab edirlər ki, əsir düşmüş zabit azadlığa buraxıldıqdan sonra rəhbər vəzifə daşımamalıdır. Bir müddət əvvəl, yeni təyinat əleyhinə Qırğızıstanın Daxili İşlər Nazirliyinin əməkdaşları çıxmışdılar. Milislər keçmiş müxalifətçi Bolot Şerniyazovun, müvəqqəti olaraq, DİN başçısı seçilməsinə etiraz edirdilər. Bununla əlaqədar, milis əməkdaşları bir neçə mitinq keçirib, B.Şerniyazovun istefaya çıxmasını tələb edirdilər. Bundan sonra müvəqqəti hökumət həmin vəzifəyə B.Şerniyazovun müavini Bakıt Alımbekovu təyin etmişdir.

Digər xəbərlər