PDF Oxu

Dünya

  • 7

Alman polisləri təhqir edildiklərinə görə şikayət etmişlər

Alman polisləri təhqir edildiklərinə görə şikayət etmişlər
"DPA" informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya cinayət axtarışı birliyinin əməkdaşları Azad-Demokratik Partiyasının üzvü Tobias Xuxun onları təhqir etməsi ilə əlaqədar hakimiyyət dairələrinə şikayət məktubu ünvanlamışlar. İnsident aprelin 24-də Azad-Demokratik Partiyasının Kölndə keçirilən konfransının gedişi zamanı baş vermişdir. Cinayət axtarışı birliyinin əməkdaşları liberal mövqeli siyasətçilərin hökumətə daxil edilməsinə etiraz əlaməti olaraq kiçik piket keçirmişlər. Piket iştirakçıları liberalların qəbul etmiş olduqları provayder məlumatlarının informasiya mübadiləsi əleyhinə çıxış etmişlər. Xatırladırıq ki, həmin məsələ 2010-cu ilin martında Almaniya Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmişdir. Bundan başqa, polis əməkdaşları siyasətçilərin diqqətini Almaniya kriminal polisinin internet cinayətkarlığına qarşı mübarizəsinə cəlb etmişlər. Onlar bununla polis əməkdaşlarının texniki hazırlığının daha da yaxşılaşdırılmasına nail olmaq istədiklərini bildirmişlər. T.Xux polis əməkdaşlarının "Kriminal polis 2.0" şəbəkəsini yaratmaqla gestapo rejimi yaratmağa cəhd etdiklərini bildirmişdi. Cinayət polisi əməkdaşları birliyinin sədri Klaus Yansen T.Xuxun bu cür müqayisəsinin qəbuledilməz olduğunu bildirmişdir.

Digər xəbərlər