PDF Oxu

Dünya

  • 7

Abxaziya səmasında 40 ədəd pilotsuz Gürcüstan təyyarəsi müşahidə edilib

Abxaziya səmasında 40 ədəd pilotsuz Gürcüstan təyyarəsi müşahidə edilib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumatlara görə, Rusiya Federal Xidmət Bürosunun sərhəd xidməti 2009-cu ilin mayından bu günədək Abxaziyanın hava sərhədi Gürcüstanın 40-dan artıq pilotsuz təyyarəsi vasitəsilə pozulub. Gürcüstan-Abxaziya sərhədində bir il xidmət etmiş Rusiya sərhədçiləri içərisində silah, hərbi-sursat və partlayıcı maddələr olan 25-dən çox gizli anbar aşkar etmişlər. Sərhədçilərin fikrincə, 2008-ci il silahlı qarşıdurmadan sonra Gürcüstan hökuməti öz pilotsuz uçan aparatları vasitəsilə Abxaziya ərazisində, mütəmadi olaraq, kəşfiyyat aparmaqdadır. Konfliktdən üç ay əvvəl Gürcüstan tərəf pilotsuz uçan aparatlarının fəaliyyətini dayandırdığını bəyan etsə də, Abxaziyanın havadan müdafiə qüvvələri Tbilisinin bir neçə uçan aparatını məhv etmişlər. Bu hadisələr sonralar da təkrar edilmişdir. Rusiyanın sərhəd xidməti Gürcüstan-Abxaziya sərhədini 2009-cu ilin aprelindən qorumağa başlamışdır. Abxaziyanın dəniz suları da Rusiya gəmiləri tərəfindən qorunmaqdadır. Rusiya analoji müqaviləni Cənubi Osetiya hökuməti ilə də bağlamışdır. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı öz ərazisi hesab edir. Onların fikrincə, Rusiya bu torpaqları işğal etmişdir.

Digər xəbərlər