PDF Oxu

Dünya

  • 19

Uqo Çaves Kolumbiyanı ABŞ kəşfiyyatı ilə əlaqədə ittiham edib

Uqo Çaves Kolumbiyanı ABŞ kəşfiyyatı ilə əlaqədə ittiham edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves qonşu Kolumbiya hökumətini ABŞ hərbi-hava qüvvələrinin kəşfiyyat xidməti ilə əlaqədə ittiham etmişdir.
Hərbçilər önündə çıxış edən U.Çaves ölkə kəşfiyyatının Kolumbiya sərhədi boyunca uçan ABŞ hərbi-hava qüvvələrinin təyyarəsini müşahidə etdiyini bildirmişdir. Prezident demişdir ki, radioötürücü vasitəsilə əldə edilmiş məlumata görə, ABŞ-a məxsus təyyarə Kolumbiya aeroportlarından birindən havaya qalxmışdır.
U.Çaves Amerika kəşfiyyat təyyarəsinin elektron müharibəsi aparmaq üçün hazırlandığını diqqətə çatdırmışdır. ABŞ səfirliyinin nümayəndəsi Robin Xoltsauer U.Çavesin ittihamlarına bilavasitə cavab verməsə də, ABŞ-ın Kolumbiya ilə müştərək proqramının olduğunu etiraf etmişdir. Ancaq o, qeyd etmişdir ki, bu proqram Kolumbiya ilə qonşu olan dövlətlərin müstəqilliyinə hörmət dairəsində keçirilir.
Venesuela və Kolumbiya arasında münasibətlər uzun illər ərzində davam etməkdədir. Ancaq bu gərginlik qonşu dövlətin öz ərazisində ABŞ-ın hərbi-hava qüvvələrinə baza verdikdən sonra, daha da, güclənməyə başlamışdır. U.Çavesin bəyanatlarına cavab olaraq, Kolumbiya hökuməti Venesuelanın onun ərazisindəki üsyançı marksist qruplaşmalarına yardım etdiyini bildirir.

Digər xəbərlər