PDF Oxu

Dünya

  • 16

Qırğızıstanın bir dəyişməz prezidenti olacaq

Qırğızıstanın bir dəyişməz prezidenti olacaq
İnformasiya agentliklərinin yaydıqları məlumatlara görə, aprelin 27-də Qırğızıstan hökuməti yeni konstitusiya layihəsini ümumxalq müzakirəsinə çıxarmışdır. Ölkədə belə hesab edirlər ki, əvvəlki konstitusiya kifayət qədər mükəmməl deyildi və bu səbəbdən də, iqtidar kürsüləri klan ünsürləri ilə doldurulmuşdu. Yeni konstitusiya respublikada siyasi quruculuq işlərini kəskin surətdə dəyişəcəkdir. Yeni qanunvericilikdə Qırğızıstan prezidenti bir müddətdən artıq seçilməyəcəkdir. ABŞ-dan fərqli olaraq, Qırğızıstanda prezident olmaq istəyən şəxslərin ölkə ərazisində doğulması vacib deyildir. Qırğız dilini bilən 35 yaşı çatmış istənilən ölkə vətəndaşını 15 il Qırğızıstanda yaşaması kifayət edir ki, o, prezidentliyə öz namizədliyini irəli sürsün. Rus dilinin də rəsmi dövlət dili olacağı gözlənilir.

Digər xəbərlər