PDF Oxu

Dünya

  • 19

İtaliyanın mafiya boslarından biri həbs edilib

İtaliyanın mafiya boslarından biri həbs edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, aprelin 26-da İtaliya polisi ölkənin cənub əyalətlərindən birində fəaliyyət göstərən "Ndrangeta" mafioz təşkilatının başçısı Covani Teqanonu həbs etmişdir.
70 yaşlı mafioz İtaliyada axtarışda olan 30 ən qəddar cinayətkarlar sırasında axtarışda olmuşdur. O, "Ndrangeta" təşkilatına mənsub olan "Ndrinya" klanının başçısı olmuşdur. C.Teqano mafioz mənsubiyyətinə və qətl törətdiyinə görə, qiyabi olaraq, ömürlük həbs cəzasına məhkum edilmişdir. Ancaq o, 17 il hakimiyyət dairələrinin təqibindən qaçıb, gizlənməyə müvəffəq olmuşdur.
Kalabriyada fəaliyyət göstərən "Ndrangeta" İtaliyanın nüfuzlu mafioz təşkilatlarından biri hesab edilir. "Frans Press"in məlumatına görə, İtaliyanın "Eurispes" sosioloji təhqiqatlar institutu "Ndrangeta"nın kriminal gəlirinin həcminin 65 milyard dollara çatdığını müəyyən etmişdir ki, bu da ölkənin daxili məhsullarının 2,9 faizini təşkil edir.

Digər xəbərlər