PDF Oxu

Dünya

  • 7

İsrail hərbçiləri Fələstin silahlılarının liderini məhv ediblər

İsrail hərbçiləri Fələstin silahlılarının liderini məhv ediblər
"Frans Press" informasiya agentliyinin aprelin 26-da yaydığı məlumata görə, İsrail hərbçilərinin Hevron yaxınlığındakı Beyt-Ava yaşayış məntəqəsində keçirdikləri xüsusi əməliyyat nəticəsində "HƏMAS"-ın axtarışda olan liderlərindən biri məhv edilmişdir.
"Haaretz" qəzetinin yazdığına görə, səhər tezdən İsrail hərbçiləri Əli Sveytinin gizləndiyi evi mühasirəyə almışlar. Tərəflər arasında atışma olmuşdur. Hərbçilər binanı hücumla ələ keçirmiş və Ə.Sveytini məhv edib, meyitini bayıra çıxarmışlar. Qəzet yazır ki, Ə.Sveyti 2004-cü ildən İsrailin hakimiyyət dairələri tərəfindən axtarışda olmuşdur.
Terrorçu liderinin öldürülməsi haqda məlumatı Mahmud adlı dayısı jurnalistlərlə söhbətində təsdiq etmişdir. Onun dediyinə görə, bacısı oğlu könüllü olaraq hakimiyyət dairələrinə təslim olmaqdan imtina etmişdir. Ancaq Ə.Sveytinin hərbçilərlə atışdığını inkar etmişdir.
İsrailin Müdafiə Nazirliyinin hərbi-siyasi şöbəsinin başçısı Amos Giladın verdiyi bəyanata görə, terrorçular Sinay yarımadasında yəhudilər əleyhinə terrorçuluq aktları tətbiq edəcəklərini və yəhudilərin İsrail ərazisindən oğurlanacaqlarını bildirmişlər. Bundan sonra İsrail hökuməti yəhudi turistlərini Sinay yarımadasına getməkdən çəkindirməyə çağırmışdır.

Digər xəbərlər