PDF Oxu

Dünya

  • 12

İranda saxlanılmış amerikalılar aclıq elan etmişlər

İranda saxlanılmış amerikalılar aclıq elan etmişlər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, 2009-cu ilin iyulunda İran həbsxanalarından birinə salınmış Amerika turistləri aclıq aksiyası keçirməyə başlamışlar. İran həbsxanasında olmuş İsveçrə diplomatları turistlər haqda əldə etmiş olduqları məlumatı onların qohumlarına çatdırmışlar. Diplomatların dediklərinə görə, həbsxanada saxlanılan üç Amerika turistindən ikisinin vəziyyəti ağırdır.
ABŞ Dövlət Departamentinin başçısı Hillari Klinton və ABŞ prezidenti Barak Obamanın mətbuat xidmətinin aprelin 23-də yaydıqları məlumata görə, onlar həbsxanada saxlanılanların vəziyyətlərinin ağırlaşmasından narahat olduqlarını bildirmiş və İran hökumətindən turistləri azadlığa buraxmağı tələb etmişlər. H.Klintonun dediyinə görə, 9 ay ərzində üzərlərinə heç bir ittiham irəli sürülməyən turistlərin heç bir günahının olmadığı məlum olur. Dövlət Departamenti başçısının dediyinə görə, bu vaxt ərzində İsveçrə diplomatları məhbusların yanına cəmi üç dəfə buraxılmışlar.
ABŞ vətəndaşları olan Şeyn Bauer, Sara Şurd və Coşua Fettal İran ərazisində 2009-cu ilin 31 iyulunda saxlanılmışlar. Turistlər İraq Kürdüstanının görməli yerlərində gəzərkən təsadüfən İran ərazisinə keçmişlər. Turistləri Tehrandakı Evin həbsxanasına salmışlar. 2009-cu ilin dekabrında İranın xarici işlər naziri Amerika turistlərinin qeyri-qanuni olaraq İran ərazisinə keçdiklərinə görə cəzalandırılacaqlarını bildirmişdir. 2010-cu ilin aprelində İranın kəşfiyyat naziri demişdir ki, turistlər "inkaredilməz faktlar" əsasında casusluqda şübhəli bilinirlər.

Digər xəbərlər