PDF Oxu

Dünya

  • 12

Tayland müxalifəti ölkədə hərbi vəziyyət elan etməyi tələb edib

Tayland müxalifəti ölkədə hərbi vəziyyət elan etməyi tələb edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tayland iqtidarının müdafiəsi yönündə nümayiş keçirən "sarıköynəklilər" ölkədə hərbi vəziyyət elan etməyi və bununla da hökumət əleyhinə kütləvi aksiyalara son qoyulmasını tələb etmişlər. "Sarıköynəklilər"in nümayəndələri yaranmış şəraitdə siyasi metodların heç bir fayda vermədiyi üçün hərbi tədbirlər keçirməyi məqbul hesab etdiklərini bildirmişlər. Bu cür tədbirlərin keçirilməyəcəyi təqdirdə, onlar ölkənin müdafiəsi üçün fəal hərəkətə keçəcəklərini bəyan etmişlər. Aprelin 26-da "sarıköynəklilər"in keçirdikləri nümayişin bir həftəsi tamam olmuşdur. Onlar belə hesab edirlər ki, ölkənin keçmiş baş naziri Taksin Çinavatın tərəfini saxlayan müxalifətçi "qırmızıköynəklilər"in səhvi ucbatından ölkə gərgin vəziyyət yaşamaqda davam edir. Xatırladırıq ki, iqtidarda olan baş nazir Apxisit Vetçaçiva "qırmızıköynəklilər"in tələblərinin heç birini qəbul etməmişdir. Taylandda dövlət əleyhinə kütləvi etiraz aksiyaları martın 14-də başlanmışdır. Son günlər "sarıköynəklilər"in fəallıqlarının artması yeni toqquşma dalğasının mövcudluğundan xəbər verir. Əvvəlki toqquşmalarda 26 nəfər həlak olmuş, 100 nəfərdən çox adam yaralanmışdır.

Digər xəbərlər