PDF Oxu

Dünya

  • 7

Taylandda vəziyyət gərginləşib

Taylandda vəziyyət gərginləşib
İnformasiya agentliklərinin məlumatına görə, Taylandda vəziyyət qəflətən gərginləşməyə başlamışdır. Hökumət əleyhinə çıxan "qırmızıköynəklilər" 300-dən çox əsgəri girov götürüb, BMT-yə belə bir müraciət ünvanlamışlar ki, öz "mavi dəbilqəlilər"ini Banqkoka yeritsin. Özlərini "müxtəlifrənglilər" adlandıran paytaxt sakinləri nümayişçilərə qarşı çıxmışlar. "Sarılar" "qırmızıköynəklilər"i "müxtəlifrənglilər"ə qoşulacaqları ilə hədələmişlər. Xatırladırıq ki, "sarılar" 2008-ci ildə hakimiyyəti devirərək, Banqkok aeroportunu ələ keçirmişdilər. Ekspertlər belə hesab edirlər ki, bu halın baş verəcəyi təqdirdə, Tayland paytaxtında genişmiqyaslı vətəndaş qarşıdurması yaranacaqdır. Aprelin 22-də axşama yaxın Banqkokun mərkəzində baş vermiş bir neçə partlayışdan sonra 50 nəfərədək adam xəsarət almışdır. "Müxtəlifrənglilər" paytaxtda 100 min nəfərlik nümayiş keçirmək istəyirlər.

Digər xəbərlər